BAKI, 25 noyabr. TELEQRAF
Latviya Baş naziri Andris Kulberqs gələn həftəyədək Estoniya nümaunəsi əsasında Rusiya ilə sərhəddə mümkün məhdudiyyətlərlə bağlı dövlətin konkret mövqeyinin hazırlanmasını tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.
Kulberqs jurnalistlərə bildirib ki, Rusiya ilə sərhədin bağlanması məsələsinə kompleks şəkildə yanaşmaq, həm təhlükəsizlik mülahizələrini, həm də Baltikyanı ölkələr arasında sərhəddə insan axınının mümkün yenidən bölüşdürülməsini nəzərə almaq lazımdır.
Baş nazirin sözlərinə görə, Baltikyanı ölkələr bu məsələdə razılaşdırılmış mövqe nümayiş etdirməyə çalışmalıdır.
Andris Kulberqs Xarici İşlər və Nəqliyyat nazirlikləri tərəfindən hərtərəfli qiymətləndirmənin aparılmasının vacibliyini vurğulayıb.
Ölkənin daxili işlər naziri Yanis Dombrava da Rusiya ilə sərhəddəki keçid məntəqələrinin bağlanmasını dəstəkləyir: “Ümid edirəm ki, yaxın günlərdə buna nail ola biləcəyik”.
Estoniya müdafiə sənayesi müəssisəsi “Threod Systems” şirkətinin binasını yandırmaq cəhdindən sonra dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayacaq.