BAKI, 25 noyabr. TELEQRAF

Litvanın xarici işlər naziri Kestutis Budris 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

Kestutis Budris Bakıda 20 Yanvar qurbanlarının xatirəsini ehtiramla yad etdiyini bildirib.

O, xalqının gələcəyi uğrunda həyatını qurban verənlərin xatirəsini daim uca tutduqlarını qeyd edib:

“Onların fədakarlığı Azərbaycan xalqının dözümlülüyü və qətiyyətinin əbədi rəmzidir. Azərbaycanın ağrısı və dözümlülüyü Litvada da dərindən hiss olunur”.

O, iki xalqın azadlıq və suverenlik uğrunda mübarizə ilə formalaşmış ortaq tarixə malik olduğunu diqqətə çatdırıb.