BAKI, 16 noyabr. TELEQRAF

Kabo-Verdenin hazırkı Prezidenti, 66 yaşlı Joze Mariya Neveş ikinci müddətə yenidən prezident seçilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyası məlumat yayıb.

Noyabrın 15-də keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən, hazırkı dövlət başçısı seçicilərin 63,8 faizinin səsini qazanaraq birinci turda qələbə əldə edib. Siyasətçi səsvermədən əvvəl də seçkilərin əsas favoriti hesab olunurdu.

Neveşə ölkənin ən qədim siyasi qüvvəsi olan Kabo-Verde Afrika Müstəqillik Partiyası dəstək verib. Həmin partiya 2026-cı il mayın 17-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, ölkənin ali qanunverici orqanında yerlərin əksəriyyətini qazanıb.

Kabo-Verde prezidentinin səlahiyyətlərinə baş nazirin təyin edilməsi daxildir. Ölkədə inzibati səlahiyyətlərin böyük hissəsi isə baş nazirin əlində cəmləşib.

Neveşin əsas rəqibi, keçmiş ədliyyə naziri, 61 yaşlı Joana Roza səslərin 31,4 faizini toplayıb.