BAKI, 16 noyabr. TELEQRAF

İki həftə ərzində işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Bu barədə Teleqraf-a Minatəmizləmə Agetnliyindən məlumat verilib.

Bildirilib ki, azad edilmiş ərazilərdə daha 152 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 1343 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 1459,5 hektar ərazi isə mina və PHS-lərdən təmizlənib.