BAKI, 16 noyabr. TELEQRAF
Moskva Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə əlaqə yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən yerli mediaya bildirilib.
“Georgi Zurabaşvili ilə əlaqə yaratmışıq. Rusiya tərəfindən onun həmsöhbəti kimi Cənubi Qafqaz istiqamətinə kuratorluq edən xarici işlər nazirinin müavini Mixail Qaluzin müəyyən olunub. Rusiya Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin qurulmasının tərəfdarı olaraq qalır”, - açıqlamada vurğulayıb.
Rusiya XİN qeyd edib ki, bu ünsiyyət formatı Rusiya-Gürcüstan dialoqunun bərpasından xəbər verir.