BAKI, 16 noyabr. TELEQRAF

Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənmə məsələlərinə dair sammitində iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək tədbirdə, o cümlədən əlaqələndirmə məsələlərinə dair nazirlər sammitində iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb. Buna görə də Gürcüstan nümayəndəsi qeyd olunan görüşdə iştirak etməyəcək”, - XİN-in bəyanatında bildirilib.

Nazirlik vurğulayıb ki, Gürcüstan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qalır və müvafiq səviyyədə dəvət alacağı təqdirdə görüşlərdə iştirak etməyə hazırdır.

Aİ-nin Genişlənmə Forumu “Geniş Avropa-Güclü Avropa” şüarı altında keçiriləcək. Tədbirin təşkilatçısı Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosdur.