BAKI, 16 noyabr. TELEQRAF

Beynəlxalq Əmək Təşkilatının 2025-ci il tədqiqatına görə, dünyada hər 4 iş yerindən biri süni intellektin müəyyən təsirinə məruz qala bilər.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan Milli Məşğulluq Forumunda deyib.

O bildirib ki, tədqiqat iş yerlərinin əksəriyyətində əsas dəyişikliklərin əmək funksiyalarının yenilənməsi ilə bağlı olacağını göstərir.

"Dünya İqtisadi Forumunun proqnozuna əsasən isə 2030-cu ilə qədər işçilərin mövcud bacarıqlarının orta hesabla 39%-nin dəyişəcəyini və ya yenilənəcəyini bildirir. Bu rəqəmlərin verdiyi əsas mesaj aydındır. Gələcəyin əmək bazarını öyrənmək, yenilənmək və dəyişikliklərə uyğunlaşdırmaq hər bir insan üçün böyük əhəmiyyət daşıyacaq", - o vurğulayıb.