BAKI, 12 noyabr. TELEQRAF

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani Türkiyənin Antalya şəhərində keçirilən İqlim Dəyişikliyi Konfransı çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Regional Hökumətinin Administrasiyası məlumat yayıb.

Tərəflər regiondakı son hadisələri müzakirə edərək müharibə və qarşıdurmaların heç bir tərəfin maraqlarına xidmət etmədiyini vurğulayıblar. Fikir ayrılıqlarının aradan qaldırılması üçün dialoq və diplomatik həll yollarının ən yaxşı vasitə olduğunu bildiriblər.

Bərzani və Pezeşkian təhlükəsizliyin, sabitliyin və davamlı sülhün möhkəmləndirilməsi üçün region ölkələri arasında koordinasiyanın vacibliyini qeyd edib. Tərəflər müxtəlif sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.