BAKI, 16 noyabr. TELEQRAF
Azərbaycanda bu ilin ilk 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib.
Teleqraf xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan Milli Məşğulluq Forumunda deyib.
O qeyd edib ki, 14 mindən çox vətəndaş peşə hazırlığına, 6600-dən çox şəxs isə özünəməşğulluq proqramına cəlb olunub.
"Bu nəticələr bir insanın işə başlaması, bir gəncin yeni iş peşə qazanması, bir ailənin öz kiçik biznesini qurması deməkdir. Növbəti mərhələdə diqqətimizi bu nəticələrin davamlılığına yönəldirik. Peşə hazırlığı alan şəxsin işə keçidi, özünəməşğulluq proqramı çərçivəsində qurulan kiçik biznesin fəaliyyətini davam etdirməsi və işə başlayan vətəndaşın peşəkar inkişafı bizim üçün mühüm göstəricidir", - o, qeyd edib.