BAKI, 30 sentyabr. TELEQRAF
Ermənistanın ümumtəhsil məktəblərində Baş nazir Nikol Paşinyanın “Yaxşı oxu ki, yaxşı yaşayasan” şüarı asılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazıb ki, əvvəllər məktəblərin divarlarından elm və ya ədəbiyyat adamlarının aforizmləri asılsa da, artıq Paşinyanın şüarları onların yerlərini almağa başlayıb.
“Hraparak” qeyd edib ki, təşəbbüs Ermənistanın Təhsil Nazirliyi tərəfindən həyata keçirilib:
“Qurumdan bizə bildirilib ki, ümumtəhsil məktəblərinin divarlarına “Yaxşı oxu ki, yaxşı yaşayasan” yazısı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşəbbüsü ilə vurulur”.