BAKI, 15 avqust. TELEQRAF
Hörmüz boğazının və ona bitişik suların ekoloji təhlükəsizliyi boğazın idarə olunması ilə bağlı gələcək razılaşmanın ayrılmaz hissəsinə çevrilməlidir.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai bildirib.
Onun sözlərinə görə, son günlərdə sosial şəbəkələrdə Qeşm adası sahilləri yaxınlığında neft çirklənməsinin videoları yayılıb. Neft məhsulları Fars körfəzindən sahilə gətirilib. İlkin məlumatlar xarici yük gəmisinin çirklənmə mənbəyi kimi göstərilir. Sahil xəttinin ən azı üç ərazisində, eləcə də dəniz səthinin ayrı-ayrı ərazilərində neft izləri aşkar edilib.
Bəqayi qeyd edib ki, bu hadisə son onilliklərdə Fars körfəzi və Oman dənizinin sularında genişmiqyaslı çirklənmənin görünən təzahürlərindən yalnız biridir.
Diplomat X sosial şəbəkəsində yazıb: "Bu ziyanı kim ödəməlidir? Bölgəmizdən ixrac edilən ucuz enerji istehlak edən ölkələr, gəmiçiliyə xidmət göstərən sığorta şirkətləri, yoxsa Fars körfəzini və Oman dənizini hərbi əməliyyatlar və yüksək dağıdıcı silahların sınaqdan keçirilməsi üçün platformaya çevirən təcavüzkarlar?"
Bəqayi vurğulayıb ki, Fars körfəzi və Oman dənizi boyunca ən uzun sahil xəttinə malik olan İran baş verənlərə laqeyd qala bilməz.
"Hörmüz boğazından kommersiya gəmiçiliyindən faydalanan hər bir tərəf Fars körfəzi və Oman dənizinə dəyən ekoloji ziyanın aradan qaldırılmasında iştirak etmək üçün həm hüquqi, həm də mənəvi öhdəliyə malikdir" - XİN rəsmisi deyib.