BAKI, 14 oktyabr. TELEQRAF

“İsrail ordusu ölkə vətəndaşlarını hədəfə almağa cəhd edən istənilən tərəfə qarşı genişmiqyaslı hücum əməliyyatına başlamaq üçün yüksək hazırlıq vəziyyətindədir”.

Teleqraf xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.

Bütün cəbhələrdə təhlükəsizlik xəbərdarlıqlarının artmasına toxunan Zamir qarşıdurmaların daha da kəskinləşməsi ehtimalının yüksəldiyini və İsrail qüvvələrinin qəfil hücumlara hazır olduğunu vurğulayıb.

“Bu həssas dövrdə bütün cəbhələrdə sayıqlığımızı və hazırlığımızı qorumalı, təhdidləri zərərsizləşdirmək üçün operativ şəkildə hərəkət etmək qabiliyyətinə malik olmalıyıq”, - İsrail ordusunun Baş Qərargah rəisi bildirib.

Eyal Zamir əlavə edib ki, İordan çayının qərb sahilində təhlükəsizliyi və əməliyyat nəzarətini gücləndirmək məqsədilə ordunun bütün bölmələri üzrə qüvvələrin sayını artırılıb, 98-ci Diviziya da bu ərazidə yerləşdirilib.