BAKI, 15 oktyabr. TELEQRAF

“Heç bir ölkə İrana hərbi avadanlıq və ya silah satmır”.

Teleqraf xəbər verir ki, bunu İran Quru Qoşunları komandanının müavini general Həbibullah Səyyari deyib.

“Biz ölkəmizin gənclərinin səyi ilə istehsal olunan yeni avadanlıqlara güvənirik. Bu imkanlara arxalanaraq gələcəkdə də düşmən təhdidlərinə qarşı müqavimət göstərə bilərik”, - o qeyd edib.

Səyyari Hörmüz boğazındakı vəziyyətlə bağlı da açıqlama verərək bildirib ki, boğaz bağlıdır və hansısa keçid baş verərsə, bu, koordinasiya əsasında həyata keçirilməlidir: “Hörmüz boğazından İran Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə koordinasiya olmadan keçid edilərsə, nə baş verəcəyi bəllidir”.