BAKI, 13 oktyabr. TELEQRAF

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Səudiyyə Ərəbistanının müdafiəsi üçün mümkün olan bütün hərbi dəstəyin göstərilməsinə şərait yaradılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Baxçalı jurnalistlərə açıqlamasında bildirib.

"Məkkə Müdafiə Sazişi çərçivəsində Türkiyənin Səudiyyə Ərəbistanının müdafiəsinə mümkün olan bütün hərbi dəstəyi göstərməsinə imkan yaradılmalıdır. Dostumuz və müttəfiqimiz Səudiyyə Ərəbistanına husilərin hücumlarının ağır cinayət təşkil etdiyi açıqdır", - D.Baxçalı qeyd edib.