BAKI, 13 oktyabr. TELEQRAF
İsrailin Ben Qurion beynəlxalq hava limanında bomba xəbərdarlığından sonra "Delta Air Lines" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyə edilib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
Məlumata görə, Airbus A330 tipli təyyarə Təl-Əviv yaxınlığındakı hava limanına endikdən sonra təhlükəsizlik tədbirləri görülüb və sərnişinlər təyyarədən çıxarılıb.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.