BAKI, 14 oktyabr. TELEQRAF
“İran ya ABŞ ilə mübarizə və ya danışıqlar aparmalı, ya da qeyd-şərtsiz təslim olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah Təbriz şəhərində ziyalılar, siyasi-ictimai və mədəni fəallarla görüşündə deyib.
“Bir yanaşmaya görə, müharibə etməliyik və heç bir danışıqlar, sülh və dialoq olmamalıdır, digərinə əsasən isə qeyd-şərtsiz təslim olmalıyıq. Bu ikili seçim düzgün deyil. Dövlət rəhbərliyi və sistem bu ikili yanaşmanı qəbul etmir. Çünki belə məsələlərdə qərarı Ali Milli Təhlükəsizlik Şurası verməlidir, yekun təsdiq isə ali rəhbərin (Müctəba Xamenei) səlahiyyətindədir.
Raket zərbələri endirmək barədə qərar verilərsə, Silahlı Qüvvələrin Ali Baş Komandanının əmrinə uyğun olaraq raket zərbələri endirəcəyik. Rəhbər danışıqlar aparılmasını məqsədəuyğun hesab edərsə, danışıqlar aparacağıq”, - o bildirib.