BAKI, 13 oktyabr. TELEQRAF

Misir Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının hava limanlarına hücumları fonunda Ər-Riyada istənilən zəruri dəstəyi göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati bildirib.

“Səudiyyəlilər bizdən nə istəsələr, yerinə yetirəcəyik. Tam əminliklə deyirəm: Səudiyyə Ərəbistanının Misirdən istənilən növ dəstək göstərilməsi ilə bağlı müraciətinə müsbət cavab veriləcək”, - nazir vurğulayıb.