BAKI, 14 oktyabr. TELEQRAF

Hörmüz boğazında razılaşdırılmamış marşrutla hərəkət edən konteyner daşıyan gəmi minaya düşərək batıb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında Hörmüz boğazının cənub hissəsində baş verən partlayışdan sonra gəmi alovlanıb və bir müddət sonra suyun altına gömülüb.

Təxminən 2,5 min konteyner daşıyan gəminin aidiyyəti və ekipaj üzvlərinin taleyi barədə hələlik məlumat verilmir.