BAKI, 13 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Baş naziri Məhəmməd bin Salmanla telefonla danışıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı regionda baş verən son hadisələr və Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına hücumları müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin Səudiyyə Ərəbistanının ərazisini hədəf alan husilərin hücumlarını ən sərt şəkildə pislədiyini bildirib.

Türkiyə lideri Ankaranın bundan sonra da Səudiyyə Ərəbistanının yanında olacağını vurğulayaraq, bu çətinliyin öhdəsindən gəlinəcəyinə inandığını qeyd edib.