BAKI, 13 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya mülki şəxsləri həyatlarını qorumaq məqsədilə Yəmənin paytaxtı Səna şəhərində yerləşən ölkənin neft şirkətinə məxsus “Əs-Səbaha” mərkəzi stansiyasını boşaltmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü sosial mediada bildirib.
Koalisiya bundan əvvəl Sənada xüsusi əməliyyat keçirmək üçün ərazinin boşaldılması barədə xəbərdarlıq ediləcəyini bildirmişdi.
Xatırladaq ki, Səna hazırda Səudiyyə Ərəbistanı ilə qarşıdurmanı davam etdurən qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) nəzarətindədir.