BAKI, 14 aprel. TELEQRAF

Yaxın Şərqin militarizasiyasının pislənməsi və İrana qarşı hücumlar məsələsində bir sıra ölkələrin, o cümlədən Rusiyanın mövqeyi onların mədəni və tarixi köklərindən xəbər verir.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pezeşkian “X” sosial şəbəkəsində yazıb.

“Sivilizasiyaların mahiyyəti tarixin kritik anlarında üzə çıxır. İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin müharibənin qızışdırılması və İsrailin cinayətləri ilə bağlı mövqeyi onların dərin mədəni və tarixi köklərindən qaynaqlanır”, – deyə o qeyd edib.