BAKI, 24 mart. TELEQRAF

İsrailin sabiq baş naziri, müxalifət lideri Yair Lapid martın 25-də Qətərin düşmən dövlət kimi tanınması ilə bağlı səsvermə üçün Knessetə (Parlament) qanun layihəsi təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Lapid Qətərin terrorizmin ən böyük maliyyəçilərindən biri olduğunu bildirib.

İsrail hökumətinin keçmiş rəhbəri qanun layihəsinin qəbul ediləcəyinə və koalisiya daxilində də bunu dəstəkləyənlərin olduğuna ümid edir.