BAKI, 6 noyabr. TELEQRAF
“ABŞ yenidən ölkəmizə hücum edəcəyi təqdirdə, İran ordusu coğrafi məhdudiyyət olmadan Amerikanın bölgədəki hədəflərinə zərbələr endirəcək”.
Teleqraf xəbər verir ki, bunu İran silahlı qüvvələrinin sözçüsü Məhəmməd Əkrəminiya deyib.
O bildirib ki, ordu İran Ali rəhbəri Müctəba Xameneinin əmrinə əsasən, ABŞ-nin hətta Cənub-Qərbi Asiya regionundan kənarda yerləşən hərbi bazalarındakı bütün hədəfləri vuracaq.
Əkrəminiya əlavə edib ki, Hörmüz boğazının yenidən açılmasının yeganə yolu ABŞ-nin İranın irəli sürdüyü yeddi şərti yerinə yetirməsidir: “İstənilən təcavüz, yeni avantüra və ya regionda törədiləcək təxribat Hörmüz boğazını aça bilməyəcək”.
İran ordusunun sözçüsü əlavə edib ki, bu şərtlər vasitəçilər tərəfindən ABŞ-yə çatdırılıb.