BAKI, 9 mart. TELEQRAF

Ekspertlər Şurası Müctəba Xameneini İranın yeni ali rəhbəri seçdikdən sonra Müvəqqəti Rəhbərlik Şurasının fəaliyyətinə son qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə Ekspertlər Şurası məlumat yayıb.

Müvəqqəti Rəhbərlik Şurası İran Prezidenti Məsud Pezeşkian, məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei və Ekspertlər Şurasının üzvü Əlirza Ərəfidən ibarət idi.