BAKI, 6 fevral. TELEQRAF

Rusiya mövcud rejimin mövcudluğunu dəstəkləmək məqsədilə gizli şəkildə İrana 2,5 milyard dollar nağd pul göndərib.

Teleqraf xəbər verir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb.

Britaniya nəşrinin yazdığına görə, Rusiya 2018-ci ildə, ABŞ-nin İrana qarşı sanksiya tətbiq etməsindən bir neçə gün sonra təxminən 2,5 milyard dollarlıq göndərişlər həyata keçirib.

“Telegraph” əlavə edib ki, ümumilikdə 2018-ci ilin dörd aylıq dövründə 34 iri göndərişlə təxminən beş ton pul banknotu İrana çatdırılıb.