BAKI, 25 yanvar. TELEQRAF
İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" şiə hərəkatının silah istehsalı sexinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbçilər Livanın cənubundakı Bir-as-Sansal rayonunda təşkilatın hərbi qanadı üçün silah istehsal edən obyektdə terror fəallığı aşkar edərək həmin binanı vurublar. Bundan əlavə, ordu Livan ərazisinin dərinliklərində yerləşən Bekaa vadisindəki "Hizbullah"a məxsus hərbi obyektlərə də hücum təşkil edib.
Qurumdan qeyd olunub ki, yaraqlıların hücuma məruz qalan obyektlərdəki fəaliyyəti İsrail və Livan arasında əldə olunmuş atəşkəs razılaşmasının pozulması deməkdir və İsrail üçün təhlükə yaradır.