BAKI, 7 sentyabr. TELEQRAF
Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin premyerası baş tutacaq.
Teleqraf xəbər verir ki, daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.
Premyera ərəfəsində 12 tizer hazırlanıb.
Qeyd edək ki, film Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunub.
Ekran əsərində baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar. Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.