BAKI, 7 sentyabr. TELEQRAF
Ermənistan ordusunun qurucularından biri və hazırda Rusiyada yaşayan general-leytenant Norat Ter-Qriqoryants Ermənistan vətəndaşlığından imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “İravunk” bildirib.
Ter-Qriqoryants konsulluğa gedərək Ermənistan pasportunu qaytardığını deyib. O, bu qərarını “Ermənistana xəyanət”də ittiham etdiyi Baş nazir Nikol Paşinyan və komandasının hakimiyyətdə olması ilə əlaqələndirib.
“Pasportumu təhvil verdim, sonra Prezident Administrasiyasından mənə belə bir bildiriş gəldi: “Siz vətəndaşlıqdan məhrum edilmisiniz”. Yaxşı, sağ olun. Mən bir daha heç vaxt Ermənistana gəlməyəcəm. Bitdi”, - Ter-Qriqoryants vurğulayıb.