BAKI, 7 sentyabr. TELEQRAF
Ukraynanın Müdafiə Qüvvələri Rusiya tərəfindən işğal edilmiş bölgələrdə bir sıra hərbi obyektlərə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Vurulan hədəflər arasında Krım yarımadasının Vladislavivka rayonu ərazisində Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsü də var. Rusiya bundan hərbi məqsədlər üçün istifadə etdiyi bildirilib.
Luqansk vilayətinin Nijni Naqolçik və Dovjansk rayonlarında və Zaporojye vilayətinin Azovskoye ərazisində Rusiya bölməsinin idarəetmə məntəqələri, Luqanskın Teploye ərazisində sursat anbarı və Krımın Perekop ərazisində texniki kəşfiyyat postu da vurulub.