BAKI, 7 sentyabr. TELEQRAF
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Teleqraf-a Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır.
"Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir",-məlumatda qeyd edilib.