BAKI, 7 sentyabr. TELEQRAF
“Rusiya-Qərb münasibətləri heç vaxt 2022-ci ilin fevralından (Ukraynada müharibənin başlamasından - red.) əvvəlki kimi olmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Qərb ölkələri ilə 2022-ci ilin fevralına qədər mövcud olan münasibətlər artıq heç vaxt olmayacaq”, - nazir bildirib.
Lavrovun sözlərinə görə, Rusiya Qərb ölkələrinə şans verməyə çalışsa da, bu cəhdin uğursuz olması Kremli hazırda ölkənin yeganə düzgün yolda olduğuna inandırıb.
Diplomat əlavə edib ki, Rusiya əvvəllər yalan danışan və indi də yalan danışan Qərbə heç vaxt etibar edə bilməyəcək.