BAKI, 25 yanvar. TELEQRAF

İraqın Nümayəndələr Şurasında (parlament) prezident seçkiləri 2026-cı il yanvarın 27-də keçiriləcək.

Teleqraf İNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin sədri Heybət əl-Halbusi məlumat verib.

Spiker bildirib ki, respublika prezidentinin seçilməsi ilə bağlı parlamentin iclası qarşıdan gələn çərşənbə axşamı, yanvarın 27-nə təyin edilib.

Dövlət başçısı postu uğrunda mübarizə aparacaq şəxslərin yekun siyahısında 19 nəfərin adı var. Onların arasında namizədliyini müstəqil şəkildə irəli sürən hazırkı Prezident Əbdüllətif Rəşid və Kürdüstan Demokratik Partiyasının (KDP) dəstəklədiyi hazırkı xarici işlər naziri Fuad Hüseyn də yer alır.