BAKI, 25 yanvar. TELEQRAF
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda keçirilən əməliyyat zamanı 6 silahlı radikalın zərərsizləşdirildiyini və raket qurğularının aşkar edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağının cənub hissəsində, "sarı xətt"dən şərqdə baş verən atışma nəticəsində 6 terrorçu məhv edilib.
Bundan əlavə, hərbçilər həmin ərazidə 5 raket qurğusu, müxtəlif silahlar, partlayıcı qurğular, döyüş sursatları və partlayıcı maddələrin hazırlanması üzrə təlimat kitabçası aşkar ediblər.
Qurumdan vurğulanıb ki, ordu atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq həmin ərazidə dislokasiya olunub və istənilən təhdidi aradan qaldırmaq üçün fəaliyyətlərini davam etdirəcəklər.