BAKI, 15 yanvar. TELEQRAF
“İran rejiminin son günlərdə törətdiyi qırğın aşırı zorakılığa əl atmaqdan başqa idarəetmə üsulu olmayan zəif rejimin çarəsizliyidir. İran rejimi ölür”.
Teleqraf xəbər verir ki, bu sözləri britaniyalı professor, İranda məhbus həyatı yaşamış Kayli Mur-Gilbert sosial mediada yazıb.
“Onun devrilməsi artıq olub-olmamaq məsələsi yox, nə vaxt və necə məsələsidir. Bu, günahsız insanların həyatı bahasına baş verəcək”, - professor vurğulayıb.