BAKI, 18 iyun. TELEQRAF
“ABŞ İran-İsrail münaqişəsinə qoşulsa, “Hizbullah” hərəkətə keçəcək”.
Teleqraf xəbər verir ki, bunu “Əl-Cəzirə”yə İran rəsmisi deyib.
“ABŞ-nin sionist qurumla qarşıdurma xəttinə qoşulması o deməkdir ki, “Hizbullah” hərəkətə keçəcək. Amerikanın münaqişədə istənilən birbaşa iştirakı ilə düşmən gəmiləri görülməmiş təhlükə ilə üzləşəcəklər. Hərbi dəniz hədəfləri və düşmən qüvvələrinə hücum – ABŞ münaqişəyəyə girərsə, seçim olacaq”, - rəsmi bildirib.