BAKI, 17 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp davam edən İsrail-İran münaqişəsi fonunda Tehranla danışıqlara o qədər də həvəsli olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə deyib.

“İranla danışıqlara o qədər də həvəsli deyiləm”, - Tramp jurnalistlərin müvafiq suallarını cavablandırarkən vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, o, Yaxın Şərqdə atəşkəsdən daha yaxşı variant axtarır və münaqişəyə əsl son axtarır.