BAKI, 4 iyun. TELEQRAF
İran atom sənayesinin inkişafı üçün böyük fədakarlıqlar edib və ABŞ ilə yalnız uranın zənginləşdirilməsi imkanı saxlandığı halda razılaşma əldə oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“İran buna görə ağır əvəz ödəyib və heç vaxt öz vətənpərvərlərindən imtina etməyəcək. Bir daha deyirəm ki, uranın zənginləşdirilməsi yoxdursa, saziş də olmayacaq”,- o qeyd edib.