BAKI, 26 may. TELEQRAF
“İsrail ölkəmizə qarşı güc tətbiq etməyə cəhd edərsə, İran Silahlı Qüvvələri onun ərazisinə növbəti raket zərbələrini endirməyə tam hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran ordusunun baş komandanı Əbdülrəhim Musəvi deyib.
“Əgər onlar yeni “Əsl Vəd” almağa tələsirlərsə (İran keçən ilin aprel-oktyabr aylarında İsrailə raket zərbələrini belə adlandırır – red.), o zaman biz tam hazırıq və bütün keçmiş vədlərimizi yerinə yetirəcəyik”, - o bildirib.