BAKI, 20 may. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının şimalında HƏMAS Hərəkatının raket qüvvələrinin komandirini öldürüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS-ın raket qüvvələrinin komandiri Moataz Dibi məhv edib”, - açıqlamada deyilir.
Qeyd edilir ki, öldürülmüş şəxs SAXAL-ın təyyarələrinə və PUA-larla İsrailin mülki vətəndaşlarına hücumlara rəhbərlik edib.
Qurum bildirib ki, Dib mayın 17-də məhv edilib.