BAKI, 10 aprel. TELEQRAF

Suriyada gərginliyin aradan qaldırılması üçün Türkiyə və İsrail arasında texniki görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik görüşün Bakıda baş tutduğunu açıqlayıb:

“Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün deeskalasiya mexanizminin yaradılması məqsədilə dünən Azərbaycanda ilk texniki görüş keçirilib. Deeskalasiya mexanizmin yaradılması istiqamətində səylər davam etdiriləcək”.