
Təbriz Universitetinin müəllimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət ediblər.
Teleqraf xəbər verir kİ, bu barədə Təbriz mediası məluamt yayıb.
Müraciəti imzalayan 192 nəfər İran Prezidentindən İran konstitusiyasının ana dilinin tədrisini nəzərdə tutan 15-ci maddəsinin icra edilməsini tələb ediblər.
Qeyd edək ki, fevralın 26-da İran parlamenti qeyri-fars dillərin həftədə 2 saat tədrisinə imkan verən qanun layihəsini qəbul etməyib.