
BAKI, 4 mart. TELEQRAF
Avropa Komissiyasının sədri Ursula Fon der Leyen Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin liderlərinə məktub göndərərək, ittifaqı 800 milyard avroluq büdcə ilə yenidən təchiz etmək planını təqdim edib.
Teleqraf xəbər verir ki, o, planın beş bənddən ibarət olduğunu söyləyib.
“Aİ-nin yenidən silahlanma planı təhlükəsiz və möhkəm Avropa üçün müdafiə xərclərinə təxminən 800 milyard avro səfərbər edə bilər”, - Leyen qeyd edib.
Qurum rəhbəri Aİ ölkələrində silah istehsalı üçün 650 milyard avro toplamaq üçün üzvlərə cari müdafiə xərclərini 1,5 faiz artırmağı təklif edib.