
BAKI, 4 mart. TELEQRAF
Bu ilin fevral ayında Türkiyənin Azərbaycana ixracı azalıb.
Teleqraf Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu ilin fevral ayında Türkiyədən Azərbaycana 152 milyon 284 min dollar dəyrində məhsul ixrac edilib.
Bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6 faiz azdır.
Ötən ilin fevralında Türkiyədən Azərbaycana ixrac 176 milyon 157 min dollar dəyərində olmuşdu.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında isə ixrac 3,3 faiz azalaraq 311 milyon 703 min dollar olub.