
BAKI, 4 mart. TELEQRAF
Özbəkistanda Azərbaycan investisiyalarının iştirakı ilə 257 müəssisə fəaliyyət göstərir. Bunlardan 56-sı müştərək müəssisə, 201-i isə tamamilə Azərbaycan kapitalı ilə yaradılıb.
Teleqraf xəbər verir ki, bu rəqəmlər nazir Laziz Kudratov və Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev arasında keçirilən görüşdə açıqlanıb. Görüş zamanı şəhərsalma, turizm və kənd təsərrüfatı sahələrində əvvəllər razılaşdırılmış layihələrin icrası və yeni investisiya təşəbbüsləri müzakirə edilib.
Tərəflər iki ölkənin biznes icmaları arasında perspektivli layihələrin təşviqi və qarşılıqlı investisiya layihələrinin dəstəklənməsi istiqamətində birgə addımlar atmağa razılaşıblar.
Bundan əlavə, görüş çərçivəsində cari ilin birinci yarısında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının keçirilməsi ilə bağlı hazırlıq tədbirləri də razılaşdırılıb.