BAKI, 4 mart. TELEQRAF

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin oruc tutub-tutmadığını öyrənəcəyinə söz verib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Aydınlaşdırmalıyam, indi bu suala cavab verə bilmərəm”, - Peskov deyib.

Martın 3-də pravoslavlar üçün Böyük oruc başlayıb. Bu, həftənin günləri və ya kilsənin təqvimindən asılıdır.

2021-ci ildə də jurnalistlər Peskovdan Putinin oruc tutub-tutmadığını soruşmuşdular. Rusiya prezidentinin mətbuat katibi suala qısa cavab vermişdi: “Oruc tutmaq hər kəsin şəxsi işidir”.

2017-ci ildə Vladimir Putinin özü daimi oruc tutmadığını etiraf etmişdi.