
BAKI, 4 mart. TELEQRAF
İran həbsxanalarında saxlanılan məhbusların 7 min nəfəri edama məhkum edilib. Onlardan 54 nəfəri barədə siyasi fəaliyyətlərinə görə ölüm cəzası çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə insan hüquqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, xüsusən siyasi fəaliyyətlərinə görə həbs edilənlərin əksəriyyəti məhkəmə zamanı ədalətli müdafiə imkanlarından məhrum edilib.
Qeyd edək ki, edam cəzası alanlar barədə hökm bəzən bir neçə il sonra həyata keçirilir. BMT-nin təqdim etdiyi rəqəmlərə görə 2024-cü ildə İranda 901 nəfər edam edilib.