BAKI, 4 mart. TELEQRAF

Amerika ilə danışıqlar təslim olmaq demək deyil, əksinə, danışıqlar yolu ilə dünya xalqlarının gözü qarşısında öz millətinin hüquqlarını müdafiə etməkdir.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin keçmiş vitse-spikeri Əli Mütəhhəri deyib.

Zelendkinin Trampla mübahisəsinə diqqət çəkən siyasətçi, dolayısı yolla İran rəsmilərini Vaşinqtonla danışıqlara getmədiklərinə görə cəsarətsiz adlandırıb.

"Bəzilərinin inandığının əksinə olaraq, bizim Amerika ilə danışıqlarımız inqilabın şüar və ideallarından əl çəkmək və müqavimət oxunu zəiflətmək demək deyil. Danışıqlara getmək sadəcə, cəsarət tələb edir",- Mütəhhəri bildirib.