
BAKI, 4 mart. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset israilli həmkarı İsrael Katzla telefon danışığı zamanı regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Teleqraf xəbər verir ki, müdafiə nazirləri İranın bölgənin təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərindən narahat olduqlarını da bildiriblər.
“Biz anlaşdıq ki, bütün girovlar vətənə qaytarılmalı və Qəzzadakı HƏMAS rejimi məhv edilməlidir. İran regional təhlükəsizliyə ən böyük təhdid olaraq qalır və biz onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birlikdə çalışacağıq”, - İsrail müdafiə naziri telefon danışığı zamanı deyib.