.jpg)
BAKI, 4 mart. TELEQRAF
Səbaildə yerləşən “Star” marketdə yoxlama keçirilib və və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, market Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Abbasova Gülsəfa Firuddin qızına məxsusdur.
Bildirilib ki, baxış zamanı ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektinin fəaliyyəti məhdudlaşdırılıb.