
BAKI, 4 mart. TELEQRAF
Bakıda keçmiş həyat yoldaşını izləyən kişi həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu Süleyman Rüstəm küçəsində baş verib.
Paytaxt sakini S.Əliyeva 22-ci Polis Şöbəsinə müraciət edərək, keçmiş həyat yoldaşı 1973-cü il təvəllüdlü M.Ağayevin onu güddüyünü bildirib.
Qadın qeyd edib ki, keçmiş əri sosial şəbəkələrdə onun fotolarını paylaşaraq təhqirlər yazır, həmçinin daim izləyir və iş yerinə daxil olaraq alçaldıcı sözlər deyir.
Polisin keçirdiyi tədbir zamanı M.Ağayevin keçmiş arvadını küçədə güdməsi təsdiqini tapıb və o saxlanılıb.
52 yaşlı kişi barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu, yəni xırda xuliqanlıq əməli ilə bağlı protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 10 sutkalıq həbs olunub.